1. İstifadə Şərtləri
Bu şərtlər Prolance.az platformasından istifadə etməklə avtomatik qəbul edilmiş sayılır. Şərtləri qəbul etmirsinizsə, platformadan istifadə etməyin.
1.1 Platforma haqqında
Prolance.az Azərbaycanlı freelancer-lər ilə sahibkarları birləşdirən bir platformadır. Biz vasitəçi rolunu oynayır, ödəniş əməliyyatlarında iştirak etmirik.
1.2 Qeydiyyat
- Qeydiyyat zamanı düzgün məlumat vermək məcburidir
- Hesab məlumatlarının təhlükəsizliyi istifadəçinin öz məsuliyyətindədir
- Bir şəxs yalnız bir hesab yarada bilər
- 18 yaşdan aşağı şəxslər yalnız valideyn icazəsi ilə qeydiyyatdan keçə bilər
1.3 Qadağan edilmiş davranışlar
- Yanlış, aldadıcı və ya yanıltıcı məlumat yerləşdirmək
- Digər istifadəçiləri aldatmaq və ya zərər vermək
- Platformanı spam, reklam və ya zərərli məzmun üçün istifadə etmək
- Başqa istifadəçilərin şəxsi məlumatlarını icazəsiz toplamaq
- Platformanın texniki altyapısına müdaxilə etmək
1.4 Məzmun məsuliyyəti
Freelancer-lər öz profilləri, xidmətləri və portfolio işləri üçün tam məsuliyyət daşıyır. Sahibkarlar öz elanlarının məzmunundan məsuldur. Prolance.az istifadəçilər arasındakı razılaşmalar üçün məsuliyyət daşımır.
1.5 Xidmət dayandırılması
Prolance.az şərtlərə əməl etməyən istifadəçilərin hesabını xəbərdarsız olaraq bloklamaq hüququnu özündə saxlayır.
2. Məxfilik Siyasəti
Bu siyasət Prolance.az-ın istifadəçi məlumatlarını necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir.
2.1 Toplanan məlumatlar
- Qeydiyyat məlumatları: Ad, email, telefon, şəhər
- Profil məlumatları: Bio, bacarıqlar, portfolio, xidmətlər
- Texniki məlumatlar: IP ünvanı, brauzer növü, giriş vaxtı
- İstifadə məlumatları: Hansı səhifələrə baxıldığı
2.2 Məlumatların istifadəsi
- Hesabınızı idarə etmək üçün
- Freelancer-sahibkar əlaqəsini təmin etmək üçün
- Platforma keyfiyyətini yüksəltmək üçün
- Təhlükəsizlik məqsədləri üçün
2.3 Məlumatların paylaşılması
Şəxsi məlumatlarınız üçüncü tərəflərlə paylaşılmır. Yalnız aşağıdakı hallarda istisna:
- Qanuni tələb (məhkəmə qərarı, hüquq-mühafizə orqanları)
- Platforma üçün texniki xidmət göstərən Supabase (veritabanı xidməti)
2.4 Məlumatların saxlanılması
Hesabınızı silənə qədər məlumatlarınız saxlanılır. Hesab silindikdə bütün şəxsi məlumatlar 30 gün ərzində sistemdən tamamilə silinir.
2.5 Hüquqlarınız
- Məlumatlarınıza baxmaq hüququ
- Məlumatlarınızı yeniləmək hüququ
- Məlumatlarınızın silinməsini tələb etmək hüququ
- Şikayət üçün: prolanceaz@gmail.com
3. Çərəzlər (Cookies)
Prolance.az minimal çərəz istifadə edir. Autentifikasiya üçün lazım olan texniki çərəzlər istifadə edilir — bunlar platformanın işləməsi üçün vacibdir.
İstifadə edilən çərəzlər
- sb-auth-token: Supabase giriş sessiyası (zəruri)
- prolance_user: İstifadəçi məlumatları (zəruri)
Üçüncü tərəf reklam çərəzləri istifadə edilmir.
4. Əlaqə
Bu şərtlər barədə suallarınız varsa:
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.